...

Petlim limanı fəaliyyətə başladı (FOTO)

Energetika Materials 8 Dekabr 2016 14:30 (UTC +04:00)
Liman tam gücü ilə işə başladıqda Mərmərə, Egey və Aralıq dənizlərində 11 000 konteyner gücü olan gəmilərin rahatlıqla yanaşa biləcəyi yeganə liman olacaq.
Petlim limanı fəaliyyətə başladı  (FOTO)

Bakı. Trend:

“Petlim Limançılık Ticaret A.Ş” şirkətinin 1,5 milyon konteyner saxlama gücünə malik terminalının birinci mərhələsi üzrə işlər bu həftə başa çatdırılıb və əməliyyatlara başlanılıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, birinci mərhələnin potensialı 800 000 konteynerdir. “Petkim”lə əməkdaşlıq çərçivəsində həyata keçirilən Petlim konteyner limanı layihəsinin ikinci mərhələsi üzrə işlərin 2017-ci ilin ilk rübündə başa çatdırılması planlaşdırılır. Egey bölgəsinin ən böyük limanı olan Petlimin iri konteyner gəmilərinin yan alacağı körpü hissəsində və manevr meydanında dəniz dibinin kartoqrafik ştrixlərinin hazırlanması işləri yaxın zamanlarda tamamlanacaq. Bu işlər başa çatdıqdan sonra suyun 16 metr dərinliyinə nüfuz etmək mümkün olacaq.

Petlim layihəsində ayrıca bir yük körpüsü də yer alıb. SOCAR-ın sərmayə qoyduğu digər bir struktura - STAR neft emalı zavoduna aid ağır yüklərin də bu körpüdən yüklənməsi effektiv qənaətə imkan yaradacaq. Konteyner limanı idarəçiliyi üzrə dünyanın lider qurumu olan “APM Terminals” ilə strateji əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayan Petlim limanı SOCAR-ın hazırkı və gələcək logistik tələblərinin ödənilməsini hədəfə alıb.

Liman tam gücü ilə işə başladıqda Mərmərə, Egey və Aralıq dənizlərində 11 000 konteyner gücü olan gəmilərin rahatlıqla yanaşa biləcəyi yeganə liman olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti