...

ABŞ növbəti iki ildə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Energetika Materials 11 Yanvar 2017 12:21 (UTC +04:00)
Azərbaycanda neft hasilatı 2017-ci ildə sutkada 0,83 milyon barrel, 2018-ci ildə isə sutkada 0,82 milyon barrelədək azalacaq.
ABŞ növbəti iki ildə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycanda neft hasilatı 2017-ci ildə sutkada 0,83 milyon barrel, 2018-ci ildə isə sutkada 0,82 milyon barrelədək azalacaq.

Trend bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin (EIA) proqnozlarına istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, 2016-cı ildə Azərbaycanda neft hasilatı sutkada 0,87 milyon barrel təşkil edib.

EIA-nın proqnozlarına əsasən 2017-ci ildə ən yüksək hasilat göstəricisi ilin birinci rübündə qeydə alınacaq. Bu müddət ərzində sutkada 0,84 milyon barrel neftin hasil olunacağı proqnozlaşdırılır.

İkinci rübdə sutkada 0,83 milyon, üçüncü rübdə 0,82 milyon, dördüncü rübdə isə 0,81 milyon barrel neft hasilatı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti