...

Nazir: Gürcüstan Rusiyadan əlavə həcmdə təbii qaz almağa məcbur deyil

Energetika Materials 13 Yanvar 2017 00:14 (UTC +04:00)
"Qazprom" şirkəti ilə razılaşmaya əsasən Gürcüstan Rusiyadan əlavə həcmdə təbii qaz almağa məcbur deyil
Nazir: Gürcüstan Rusiyadan əlavə həcmdə təbii qaz almağa məcbur deyil

Bakı. Trend:

"Qazprom" şirkəti ilə razılaşmaya əsasən Gürcüstan Rusiyadan əlavə həcmdə təbii qaz almağa məcbur deyil.

Trend-in "apsny.ge"yə istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxaria deyib.

Onun sözlərinə görə, indən belə Gürcüstanın üzərindən Ermənistana tədarük edilən Rusiya qazının tranzit haqqı qazla yox, pulla ödəniləcək.

Nazir bildirib ki, bundan əlavə, yeni müqavilənin şərtlərinə görə, Gürcüstan Rusiya qazının min kubmetrini 185 dollara ala biləcək. Bu qiymət, Gürcüstanın əsas təbii qaz təchizatçısı olan Azərbaycanın təklif etdiyi qiymətlə bərabərdir.

"Bizim strateji tərəfdaşımızdan bizə kifayət qədər qaz ixrac olunarsa, bizim əlavə qaza ehtiyacımız qalmaz, biz bu qazı almayacağıq və bu mövzü bağlıdır", - nazir bildirib.

Qeyd edək ki, Gürcüstan 2007-ci ildən Rusiyadan təbii qaz almır. Ölkəyə bu xammalın əsas təchizatçısı Azərbaycandır və Azərbaycandan Gürcüstana tədarük olunan təbii qaz lazım olan təbii qazın 90% həcmini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti