...

“Günəşli” yatağında yeni nasos stansiyalarının tikintisi nəzərdə tutulur

Energetika Materials 8 Fevral 2017 18:28 (UTC +04:00)
“Günəşli” yatağında istismar olunan quyularda lay təzyiqinin sabit saxlanılması məqsədi ilə 2 ədəd yeni nasos stansiyasının inşası nəzərdə tutulur.
“Günəşli” yatağında yeni nasos stansiyalarının tikintisi nəzərdə tutulur

Bakı. Trend:

SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Günəşli” yatağında istismar olunan quyularda lay təzyiqinin sabit saxlanılması məqsədi ilə 2 ədəd yeni nasos stansiyasının inşası nəzərdə tutulur.

Trend-ə SOCAR-dan verilən məlumata görə, layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir.

Yataqdakı 6 və 9 saylı dərin dəniz özüllərində yerləşdiriləcək nasos stansiyalarının su tələbatına uyğun yeni dalma nasosları, soyutma və drenaj, nəzarət ölçü cihazları və avtomatika, eləcə də yanğınsöndürmə sistemləri, qaldırıcı mexanizmlər quraşdırılacaq. Özüllərdəki mövcud operator otaqları yenilənəcək, boru xətlərinin üzərində keçid meydançaları inşa ediləcək. İnşaat işləri zamanı ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.

Qeyd edək ki, quraşdırılacaq nasos stansiyalarının gündəlik suvurma gücü 6 saylı özüldə 5000 kubmetr, 9 saylı özüldə isə 9500 kubmetr təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti