...

ABŞ-ın energetika naziri Natiq Əliyevi qlobal enerji məsələlərinin həllində birgə iştiraka dəvət edib

Energetika Materials 16 May 2017 18:34 (UTC +04:00)
ABŞ-ın energetika naziri Rik Perri Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlayıb.
ABŞ-ın energetika naziri Natiq Əliyevi qlobal enerji məsələlərinin həllində birgə iştiraka dəvət edib

Bakı. Trend:

ABŞ-ın energetika naziri Rik Perri Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlayıb.

Azərbaycan Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, R.Perri ABŞ-ın energetika naziri vəzifəsinə təsdiq olunması münasibətilə N.Əliyevin səmimi təbrikini yüksək qiymətləndirərək ona təşəkkürünü çatdırıb.

ABŞ-ın energetika naziri Dövlət Departmentinin missiyasına uyğun olaraq, qlobal enerji məsələləri ilə bağlı birgə işləmək və nailiyyətlər əldə etmək məqsədilə mümkün imkanları dəyərləndirməkdə maraqlı olduğunu bildirib.

R.Perrinin məktubunda qeyd olunub: “Sizin dəstəyinizi yüksək qiymətləndirirəm və qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün sizinlə görüşmək niyyətindəyəm. Milli və qlobal enerji məsələləri ilə bağlı çağırışlara diqqət yönəlməsi bu gün çox mühümdür və mən bu məsələlər barədə sizinlə müzakirələr aparmağı səbirsizliklə gözləyirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti