Bakı. Ləman Zeynalova - Trend:
İtaliyanın “Snam” şirkəti “Qazprom”la danışıqlar zamanı Transadriatik Qaz Kəmərinin (TAP) genişləndirilməsi ilə bağlı heç bir təklif irəli sürməyib.
Bunu Trend-ə TAP-ın səhmdarlarından olan “Snam” şirkətinin rəsmi nümayəndəsi deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Kommersant” qəzetində “Qazprom”un Yunanıstan və İtaliyaya “Poseidon” kəməri vasitəsilə qaz ixrac etmək niyyətində olduğu barədə məlumat yer almışdı.
Məlumatda qeyd olunmuşdu ki, “Snam” rəhbərliyi bunun əvəzində TAP kəmərinin genişləndirilməsi məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.