...

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenidən bahalaşdı

Energetika Materials 13 İyun 2017 22:59 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 12-də 49,03 dollar/barel təşkil edib
Azərbaycan neftinin SON QİYMƏTİ - Yenidən bahalaşdı

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 12-də 49,03 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 12-də 48,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 12-də 46,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,47 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 12-də 47,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,44 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti