...

YANVAR-İYUN AYLARINDA AZƏRENERJI SC SAATDA 11 MLRD KVT-DAN ARTIQ ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİB

Energetika Materials 12 İyul 2005 15:54 (UTC +04:00)

2005-ci ilin yanvar-iyun aylarında Azərenerji SC tərəfindən saatda 11,570 mlrd kVt-dan artıq elektrik enerjisi istehsal edilib. Bu barədə Trend agentliyinə ACS-in mətbuat xidmətindən bildiriblər. Bu dövrdə hidroelektrik stansiyasının payına saatda 1,555 mln kVt, istilik elektrik stansiyasının payına isə saatda 10,015 mlrd kVt elektrik enerjisi düşüb.

Altı ay ərzində qonşu Rusiya (saatda 516,035 mln kVt), İran (saatda 323,371 mln kVt) və Türkiyə (saatda 212,510 mln kVt) ilə elektrik enerjisinin planlı verilməsi davam etdirilib.

İyun ayında saatda 1,581 mlrd kVt elektrik enerjisi istehsal edilib ki, bu da keçən ilin analoji dövrünün göstəricisindən 8,6% çoxdur. Hidroelektrik stansiyaları saatda 330 mln kVt, istilik elektrik stansiyaları isə saatda 1,251 mlrd kVt elektrik enerjisi istehsal edib.

Enerji mübadiləsi nəticəsində Rusiyadan saatda 113,193 mln kVt elektrik enerjisi alınıb, İrana saatda 41,394 mln kVt, Türkiyəyə isə saatda 34,492 mln kVt həcmində elektrik enerjisi verilib.

Xəbər lenti

Xəbər lenti