Barmek Azerbaycan (Bakı və Sumqayıt enerjipaylayıcı şəbəkənin operatoru) şirkət çərçivəsində iyulun 15-dən başlayaraq elektrik enerjisindən qanunsuz istifadə ilə bağlı 3 müraciət daxil olub. Bu barədə Trend ə şirkətdən məlumat veriblər.
İki ərizəyə yerində baxış keçirilib. İyulun 15-də Suraxanı rayonunda yaşayan Mirnağı Seyidovun evində qanunsuz xətt aşkar edilərək akt tərtib olunub.
İtirilmiş elekrik enerjisinin həcmi 3609 kVt/s və ya 346 464 manat həcmində qiymətləndirilib. Analoji faktlar Q.Qarayev küçəsindəki 39 saylı binada da aşkar edilib.
Yoxlama zamanı 143 saylı mənzildə yaşayan Vaqif İsmayılovun mənzilində (itirilmiş enerjinin həcmi 3960 kVt/s və ya 380160 manat təşkil edib) və Qəyudim Hüseynovun evində (3960 kVt/s və ya 380160 manat) aşkar edilib.
Elektirik enerjisindən qanunsuz istifadəyə qarşı kampanyia dekabrın 31-nə kimi davam edəcək. Onun keçirilməsində məqsəd istehlakçıların elektrik enerjisindən qanunsuz və qeyri-məqsədəyönlü şəkildə istifadəsinin qarşısını almaqdır.