...

Azəriqaz QSC payız-qış mövsümünə hazırlıq çərçivəsində fəal iş aparır

Energetika Materials 21 Oktyabr 2005 15:29 (UTC +04:00)

Azəriqaz QSC payız-qış mövsümünə hazırlıq çərçivəsində fəal iş aparır.Bu barədə Trend ə Azəriqaz QSC-nin sədri Əlixan Məlikov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə əsas tapşırıq - "Qaradağ" və "Kalmaz" yeraltı qaz ambarlarına (YQA) 1 mlrd. m3 qaz vurulmasıdır ki, tamamilə yerinə yetirilib.Oktyabrın 20-də saat 11:00-da YQA-ya qaxın bu həcmi vurulub və proses davam etdirilir.Həmçinin hazırlıq işləri çərçivəsində yeni qaz xətləri çəkilir, mövcud infrastrukturlar təmir edilir, qaz tənzimləmə məntəqələrinin yenidən qurulması aparılır və s.

Qış rejiminə keçidə toxunan Ə.Məlikov qeyd edib ki, adətən bu, noyabrın əvvəlində yaxud 15-də baş verir. "Amma bəzi kənd yerlərində bu prosesin sürətləndirilməsi icra hakiimiyyətinin sərəncamı ilə ola bilər. Bakqaz İB qış rejiminə keçmək üçün artıq Bakı şəhər İcra hakimiyyətinə müraciət edib, amma indi elə bir zərurət yoxdur.Belə ki, hazırda isti hava şəraiti müşahidə olunur" -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti