...

Dövlət Neft Şirkəti "Hövsan" yatağında yeni quyunun qazılmasına başlayıb

Energetika Materials 24 Oktyabr 2005 17:45 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti "Hövsan" yatağında yeni quyunun qazılmasına başlayıb. ARDNŞ-dən Trend ə bildirilir ki, quyunun layihə dərinliyi 3700 metr təşkil edir. İndiyə kimi 200 metrə yaxın qazılıb. Sutka ərzində orta qazma sürəti 50 metrdir.

ARDNŞ-dən bildirilib ki, qazma işlərini "Qum adası" NQÇİ-nin siyarişi ilə "Qum adası" Qazma işləri İdarəsi həyata keçirir. İdarə, həmçinin, "Hövsan" yatağında 1721 saylı quyuda da qazma işləri aparır. Bu quyunun layihə üzrə dərinliyi 3800 metr təşkil edir.

ARDNŞ-dən bildirilib ki, quyunun 2006-cı ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulub.

"Qum adası" qazma işləri İdarəsi ilin əvvəlindən 16048 metrlik qazma işləri aparıb ki, bu da ötən ilin analoji dövründəkindən 1,1% çoxdur. Göstərilən dövrdə "Qum adasi" NQÇİ plana müvafiq olaraq 2 yeni quyunu istismara verib. NQÇİ cari ilin 9 ayı ərzində 128423 ton neft və 263427 min kubmetr qaz hasil edib.

Xəbər lenti

Xəbər lenti