...

Azərbaycan Dövlət Neft Şirkəti Batumidən neftin satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 6 Dekabr 2005 11:33 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) Gürcüstanın Batumi limanından bir partiya mənfəət neftinin satışı üzrə tenderi bağlı elan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən 80 min ton (600 min barel) Azəri Light markalı neftin satışı üzrə tenderin qalibi Arcadia treyderi olub.

"Neftin Batumidən dekabrın 24-25-də yüklənəcəyi gözlənilir", - deyə AR DNŞ-də bildirilib.

Batumi neft terminalı ildə 15 mln tona qədər neft yükü daşımaq qabiliyyətinə malikdir. Terminal 4 körpüdə 30-90 min ton dedveytli tankerlərə ximət edir. Hazırda onun ehtiyat parkı təxminən 530 min tondur ki, bu da dəhlizdən keçən cari və proqnoz həcmlərinin daşınması üçün kifayətdir.

Analoji həcmdə neftin satışı üzrə əvvəlki tenderin qalibi isə dekabrın 3-4-də neft yükləmiş Glencore treyderi olub.

Xəbər lenti

Xəbər lenti