...

McDermott Xəzər regionunda işlər çərçivəsində ISO və OHSAS sertifikatlarını alır

Energetika Materials 9 Dekabr 2005 14:34 (UTC +04:00)

J. Ray McDermott S.A. -nın yarımbölməsi olan McDermott Caspian Contractors, Inc. mövcud C. Rey şirkəti biznes bölümləri arasında 3 başlıca ISO və OHSAS sertifikatları üzrə sertifikatlara layiq görülən ilk şirkət oldu. Trend in məlumatına görə, bu barədə McDermott Caspian Contractors şirkətinin dekabrın 9-da yaydığı press-relizdə bildirilir.

Sertifikatlar McDermott Caspian Contractors, Inc-də təftiş keçirən Bureau Ieritas (BIQI) audit qrupu tərəfindən təqdim edilib. Təftiş zamanı BIQI praktik qiymətləndirmələr və çoxsaylı müsahibələr vasitəsilə Birləşdmiş İdarəetmə Sistemi ilə yaxından tanış olub.

"Birləşmiş İdarəetmə Sisteminə Xəzərdə apardığımız əməliyyatlar zamanı keyfiyyətə, sağlamlığa, təşlükəsizliyə və ətraf mühitə nəzarəti həyata keçirir ", - deyə Xəzərdə əməliyyatlar üzrə baş menecer və vitse-prezident Dan Houser bildirib. "Bu sertifikatlar sübut edir ki, biz həm dənizdə, həm də quruda layihə-mühəndis və tikinti əməliyyatları üçün dünya səviyyəli sistemlər, prosedurlar və standartlar təsis etmiş və onları həyata keçirməyə müvafiq olmuşuq ", - deyə o bildirib.

Təftişin nəticələrinə görə, şirkət ISO-nun tələblərini 9001:2000 (İdarəetmənin Keyfiyyət Sistemi), ISO 14001:2004 (Ətrfa Mühitin İdarəolunması Sistemi) və OHSAS 18001:99 (Peşəkar Sağlamlıq və Təhlükəsizliyin İdarəetmə Sistemi) standartlarının tələblərinin öhdəsindən müvəffəqiyyətlə gəlib. Təftişin təsdiq edilmiş həcminə dəniz qurğuları, sualtı boru kəmərləri üzrə istehsalat, tikinti, quraşdırma, istismarqabağı sazlama işləri, istismara vermə işləri, eləcə də layihənin idarə olunması və gəmilərdə aparılan təmir işləri daxildir.

Xəbər lenti

Xəbər lenti