...

Bu il "Şahdəniz" üzrə tərəfdaşlar bonus kimi $45 milyona yaxın ödəyəcəklər

Energetika Materials 14 Fevral 2006 13:31 (UTC +04:00)

2006-cı ildə "Şahdəniz" qaz kondensat yatağının işlənməsi layihəsi üzrə tərəfdaşlar onun birinci mərhələsinin sənaye işlənməsinə başlanılması üçün Azərbaycanın Dövlət Neft Fonduna bonus kimi $45 mln. vəsait ödəyəcəklər. Trend in məlumatına görə, bu barədə ARDNF-nun rəhbəri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, hazırda fondun gəlir hissəsində köçürüləcək bonusun dəqiq məbləği yoxdur.

İlk qazın bazara bu il sentyabrın 30-da çıxarılacağı gözlənilir. Hazırda VR yataqdakı 4-cü quyunun qazılmasını başa çatdırıb. Qaz Gürcüstana və Türkiyəyə tikintisi artıq sona çatmaqda olan Cənubi Qafqaz boru kəməri ilə nəql olunacaq. Qazın bir hissəsini Azərbaycan əldə edəcək.

"Şahdəniz" layihəsində hasilatın pay bölgüsü barədə razılaşmanın iştirakçıları VR (operator - 25,5%), Statoil (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ - 10%), LUKAgip (10%), NICO (10%), Total (10%), və TPAO (9%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti