...

"Qaradağ" yatağında quyu geoloji tədbirdən sonra istismara verilib

Energetika Materials 17 İyul 2014 18:28 (UTC +04:00)
"Qaradağ" yatağındakı 477 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.
"Qaradağ" yatağında quyu geoloji tədbirdən sonra istismara verilib

Azərbaycan, Bakı, 17 iyul /Trend/

"Qaradağ" yatağındakı 477 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, quyuda Məhsuldar Qatın VII horizontunda 3159-3124 metr dərinlik intervalından təkrar süzgəc açılıb. Quyuya sutkada orta hesabla 100000 kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.

Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti