...

"Bulla-dəniz" yatağındakı stasionar dəniz özülündə tikinti-quraşdırma işlərinə başlanılıb

Energetika Materials 25 İyul 2014 13:56 (UTC +04:00)
ARDNŞ-nin “Neftqaztikinti” trestində N.Nərimanov adına NQÇİ tərəfindən işlənilən “Bulla-dəniz” yatağında 4 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan 6 saylı stasionar dəniz özülünün tikinti-quraşdırma işlərinə başlanılıb.
"Bulla-dəniz" yatağındakı stasionar dəniz özülündə tikinti-quraşdırma işlərinə başlanılıb

Azərbaycan, Bakı, 25 iyul /Trend/

ARDNŞ-nin "Neftqaztikinti" trestində N.Nərimanov adına NQÇİ tərəfindən işlənilən "Bulla-dəniz" yatağında 4 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan 6 saylı stasionar dəniz özülünün tikinti-quraşdırma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu məqsədlə "Zığ" istehsalat sahəsində 2 ədəd dayaq bloku, 1 ədəd aralıq seksiyası hazırlanıb. Qalan 8 ədəd dayaq bloku və 10 ədəd aralıq seksiyası "BOS Şelf" MMC-də hazırlanır.

Dənizdə işlərə başlanılması cari ilin avqust ayına planlaşdırılıb. Stasionar dəniz platformasında bir-birinə piyada körpüsü ilə birləşəcək iki hissənin - istehsalat və yaşayış bloklarının tikintisi nəzərdə tutulur. Plana əsasən istehsalat hissəsi 3940 kvadratmetrlik sahəni əhatə edəcək. Burada üç tərəfdən minik və yanalma meydançalarının inşası üçün də işlər görülür.

Ümumi sahəsi 750 kvadratmetr nəzərdə tutulan yaşayış hissəsi istehsalat sahəsi ilə hər birinin uzunluğu 47 metr olan 2 ədəd piyada körpüsü ilə birləşdiriləcək. Yaşayış bloku iki tərəfdən minik meydançaları ilə, habelə 42 yerlik xilasedici qayıqla təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti