...

"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Energetika Materials 29 Avqust 2014 13:40 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2592 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Azərbaycan, Bakı, 29 avqust /Trend/

"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2592 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 2457-2449 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti