...

Azərbaycan kosmik məkana inteqrasiya üçün hüquq bazasını gücləndirir

Telekommunikasiya Materials 13 May 2013 16:32 (UTC +04:00)
Azərbaycanın "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" Müqaviləyə qoşulması kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlıq üzrə (görə) əlaqələrin genişlənməsinə xidmət edəcək.
Azərbaycan kosmik məkana inteqrasiya üçün hüquq bazasını gücləndirir

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" Müqaviləyə qoşulması kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlıq üzrə (görə) əlaqələrin genişlənməsinə xidmət edəcək. Bu barədə bazar ertəsi "Azərkosmos" ASC Trend-ə bildirirlər.

Azərbaycanın BMT-nin kosmik sahə üzrə əsas beynəlxalq hüquqi sənədi hesab olunan "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" Müqaviləyə qoşulması barədə qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib və Azərbaycan Prezidenti tərəfindən təsdiqlənib.

BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinin (COPUOS) beynəlxalq kosmik hüquq sahəsində rəhbər tutduğu əsas normativ-hüquqi sənədlərdən ən başlıcası hesab olunan bu müqavilə 1967-ci ildə imzalanıb və beynəlxalq kosmik hüququn inkişafı üçün əsas çərçivə hesab olunur.

Hazırda 100-dən çox ölkənin üzv olduğu bu müqaviləyə Azərbaycanın da qoşulması ölkəmizin kosmik sənaye üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, iqtisadi və elmi cəhətdən beynəlxalq kosmik məkana inteqrasiyanın sürətləndirilməsi, habelə ölkədə kosmik sahə üzrə intellektual potensialın və maddi-texniki bazanın yaradılmasına xidmət etməklə yanaşı, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nda əks olunmuş məqsədlərin reallaşdırılması və peyk layihələrinin həyata keçirilməsi işinə də böyük töhfə verəcək.

Azərbaycan 12 yanvar 2012-ci il tarixində COPUOS-un üzvlüyünə qəbul edilib. COPUOS-un üzvlüyündə hazırda 74 ölkə var. COPUOS BMT Baş Assambleyasının 1472 saylı qətnaməsi ilə 1959-cu ildə təsis edilib. Komitənin nəzdində Hüquq Alt Komitəsi və Elmi-Texniki Alt Komitə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti