...

Qəbələdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub

Hadisə Materials 31 İyul 2014 21:46 (UTC +04:00)
Qəbələdə qayalıq ərazidə bir nəfər köməksiz vəziyyətdə qalıb.
Qəbələdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Qəbələdə qayalıq ərazidə bir nəfər köməksiz vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Durca kəndində 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş təxminən 300 metr hündürlüyü olan qayalıq əraziyə çıxıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vastəsilə vətəndaşı oradan endirib və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti