...

Kartofun içindən narkotik çıxdı (FOTO)

Hadisə Materials 10 Avqust 2014 14:07 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsinə kartofun içində narkotik keçirilməsi cəhdinin qarşısı alınıb.
Kartofun içindən narkotik çıxdı (FOTO)

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Cəzaçəkmə müəssisəsinə kartofun içində narkotik keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şükürov Rəvan Etibar oğlunun yanına qısa müddətli görüşə gəlmiş qardaşı Şükürov Elnur Etibar oğlunun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı kartofun içərisində xüsusi üsulla gizlədilmiş, 5 ədəd sellofana bükülü, ümumi çəkisi 1,863 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti