...

Həmkəndlilərinə tüfəngdən atəş açmış İsmayıllı sakini saxlanılıb

Hadisə Materials 28 Avqust 2014 13:12 (UTC +04:00)
Münaqişə zəminində İsmayıllıda həmkəndlilərinə ov tüfəngindən atəş açmış şəxs saxlanılıb, ondan ov tüfəngi götürülüb.
Həmkəndlilərinə tüfəngdən atəş açmış İsmayıllı sakini saxlanılıb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Münaqişə zəminində İsmayıllıda həmkəndlilərinə ov tüfəngindən atəş açmış şəxs saxlanılıb, ondan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 28-də İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini Əlvan Allahverdiyev Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək avqustun 27-də həmkəndlisi Əli Hüseynovun münaqişə zəminində ona və qardaşı Ramazana tərəf ov tüfəngindən 1 dəfə atəş açmasını bildirib.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynov saxlanılıb, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Məsələ ilə bağlı İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti