...

"Canlı efir"də intihar (FOTO)

Maraqlı Materials 18 Sentyabr 2014 11:47 (UTC +04:00)
Вazar günü Rusiyada internet forum istifadəçilərindən biri iki saatlıq yazışmadan sonra özünü hamının gözü qarşısında asıb.
"Canlı efir"də intihar (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Вazar günü Rusiyada internet forum istifadəçilərindən biri iki saatlıq yazışmadan sonra özünü hamının gözü qarşısında asıb. Novodvinsk sakini olan bu şəxsin söhbətindən övladı olduğu, arvadının onu atıb getdiyi, intihar etmək qərarına gəldiyi məlum olur. Bu barədə Trend Rusiyanın "Komsomolskaya pravda" qəzetinin saytına istinadən xəbər verir.

Qəribəsi odur ki, həmsöhbətləri bu şəxsi fikrindən daşındırmaq əvəzinə onu dəstəkləyiblər. Ona "efir"də öz intiharını necə nümayiş etdirməyi başa salıblar. Özünü asan həmin şəxs 26 yaşlı Sergey Kirillov olub. Özündən sonra onun 3 yaşlı oğlu qaldı. Lakin bu, artıq heç kəsi maraqlandırmırdı.

Sayt yazır ki, bu görünməmiş hadisəni şərh edən psixoloqların fikrincə, dəhşətli hadisəni izləyənlər xarakterində psixopat xüsusiyyətlər olan insanlardır. Onlar oxşar şoulardan həzz alırlar. Əyani qətlin psixoloji pozuntu olduğunu bildirən mütəxəssislər deyirlər ki, Sergey öz arvadını belə mənasız üsulla "cəzalandırmağa", onu hansı həddə çatdırdığını göstərməyə çalışıb. Lakin onu özünə qəsd etmək fikrindən daşındırmaq mümkün idi. İnsanlar ona baxmaqdan imtina edə bilərdilər. Və o zaman belə reaksiyanı görərək o, öz ideyasından çəkinərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti