...

Enerjisi 20 il tükənməyən batareyalar

Maraqlı Materials 13 Oktyabr 2014 20:24 (UTC +04:00)
Sinqapurda Naniyn Texnoloji Universitetinin alimləri unikal batareya hazırlamağa müvəffəq olublar.
Enerjisi 20 il tükənməyən batareyalar

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Sinqapurda Naniyn Texnoloji Universitetinin alimləri unikal batareya hazırlamağa müvəffəq olublar. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, yeni batareyalar 2 dəqiqə ərzində enerji ilə dolur.

Yeni nəsil batareyaları 20 ildən artıq müddətdə istifadə etmək mümkündür.

Alimlər iddia edirlər ki, bu ixtira sənayenin bir çox sahələrinə, o cümlədən elektromobillərin istehsalı sahəsinə təsir edəcək. Bundan savayı, batareyalar uzun müddət yararlı olduğundan toksik tullantıların azaldılmasına nail olunacaq. Çünki litium-ionlu batareyaların tez-tez dəyişdirilməsi toksin tullantıların yaranmasına səbəb olur.

Yeni növ akkumulyatorların iki il ərzində bazara çıxarılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti