...

Avropa Şurası ölkələrinə Xocalı faciəsi ilə bağlı bəyanat göndərilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 17:52 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Şurasının 38 ölkəsinə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı bəyanat göndərib.
Avropa Şurası ölkələrinə Xocalı faciəsi ilə bağlı bəyanat göndərilib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Şurasının 38 ölkəsinə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı bəyanat göndərib.

Şuradan Trend-ə verilən məlumata görə, müraciət ARGTMŞ-nin də 2012-ci ilin aprel ayından milli əlaqələndiricisi olduğu Avropa İttifaqının "No Hate Speech Movement" ("Nifrət Nitqinə Yox") hərəkatına qoşulan 38 ölkənin iştirakçılarına və Avropa Şurasının kampaniya rəsmilərinə göndərilib.

Müraciət çərçivəsində tarixi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsi və işğalçılar tərəfindən edilən vəhşilik və cinayətlər haqqında məlumat verilib.

Bildirilib ki, Xocalı soyqırımı bu gün artıq qara bir tarixdir, lakin ARGTMŞ insanların gələcəkdə bu cür vəhşiliyə və nifrətdən doğan cinayətə yol verməyəcəyinə inanır. Həmçinin o da vurğulanıb ki, belə bir cinayətin şahidi olmuş hər bir azərbaycanlı bu vəhşiliyi və nifrəti pisləyir, millətindən asılı olmayaraq heç kəsin bu cinayətlərin qurbanı olmasını istəmir və "Nifrətə Yox" deyir.

Qeyd edək ki, ARGTMŞ-nin "Xocalıya ədalət!" təbliğat və məlumatlandırma kampaniyasının effektivliyini və bundan sonra daha geniş miqyasda fəaliyyətini təmin etməsi "Xocaliya ədalət" kampaniyasından Anlaşma Memorandumu imzalamasından irəli gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti