...

I Bakı Beynəlxalq İdman Filmləri Festivalının açılışı olub

Mədəniyyət Materials 9 Oktyabr 2012 18:46 (UTC +04:00)
Trend-in məlumatına görə, festivala həsr olunan mətbuat konfransında münsiflər heyətinin rəhbəri, kinorejissor, Serbiya Kinematoqrafçılar İttifaqının sədri Yovan Markoviç bildirib ki, idman filmləri öz üslubuna görə çox fərqlidir və bu filmlərin inkişaf etməsi üçün ölkənin idman mədəniyyətinin olması vacibdir.
I Bakı Beynəlxalq İdman Filmləri Festivalının açılışı olub

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Bu gün I Bakı Beynəlxalq İdman Filmləri Festivalının açılışı olub.

Trend-in məlumatına görə, festivala həsr olunan mətbuat konfransında münsiflər heyətinin rəhbəri, kinorejissor, Serbiya Kinematoqrafçılar İttifaqının sədri Yovan Markoviç bildirib ki, idman filmləri öz üslubuna görə çox fərqlidir və bu filmlərin inkişaf etməsi üçün ölkənin idman mədəniyyətinin olması vacibdir.

"Bu filmlər ictimaiyyətdə idmana marağın artmasına gətirib çıxarır və bu səbəbdən də idman filmlərinin istehsalına daha peşəkar yanaşmaq lazımdır", - Markoviç deyib.

Festivalın bədii rəhbəri Nikolay Poroxovnik isə bildirib ki, Azərbaycan Rusiyadan sonra ilk ölkədir ki belə festival təşkil edir. O, bu festivalın ənənəvi olmasını təkilf edib.

Festivalın rəsmi açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu festivalın iki ildən bir keçirilməsi nəzərdə tutulur. O builki festivalın Azərbaycanda "İdman ili"nə təsadüf etdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan idman sahəsində xeyli uğurlara nail olub.

Gənclər və idman naziri Azad Rəhimov festival münasibətilə idman və mədəniyyət işçilərini təbrik edib.

Açılış mərasimi konsert proqramı ilə davam edib. İlk gündə iki film nümayiş olunub.

Qeyd edək ki, festivalda 19 ölkənin təqdim etdiyi 50-dən çox bədii və sənədli film nümayişi gözlənilir. Festival iştirakçıları ən yüksək mükafat - "Qran-Pri" ilə yanaşı, "İdman və cəmiyyət", "İdman və şəxsiyyət" müsabiqə nominasiyalarında da iştirak edəcəklər. Bundan əlavə, münsiflər heyəti tərəfindən "Xüsusi mükafat" da veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti