Azərbaycan, Bakı, 15 yanvar /Trend/
Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı bəstəkar Tural Bakuvi və müğənni Rəmal Rəsulu mükafatlandırıb.
Bakuvi "İlin bəstəkarı", Rəsul isə "İlin müğənnisi" nominasiyasına layiq görülüblər.
Tural Bakuvi mükafata layiq görülməsini xalq artisti Flora Kərimova ilə olan işbirliyinə və uğurlu instrumental kompozisiyalarla əlaqələndirib. Bakuvinin sözlərinə görə, onun əsərləri tamaşaçı auditoriyası tərəfindən sevilir: "2012-ci ildə Flora xanıma təqdim edilən mahnılar Rəmal Rəsulla duet şəklində olub. Xüsusilə, "Bağışla" adlı mahnımızın sözü və musiqisi mənə aiddir. Bu mahnı etno-rok üslubunda, qısa müddət ərzində çox sevildi".