...

Azərbaycan və Almaniyanın polis orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 4 Aprel 2011 18:28 (UTC +04:00)
Azərbaycan və Almaniyanın polis orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan və Almaniyanın polis orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan və Almaniyanın polis orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, aprelin 4-də daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Almaniya Federal Kriminal Polis İdarəsinin prezidenti Yorq Sirkenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonağı Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından salamlayan nazir müavini ona müstəqilliyin qazanılmasından sonrakı dövr ərzində ölkəmizin keçdiyi çətin, lakin şərəfli yol, DİN-in əsas fəaliyyət istiqamətləri və funksiyaları, eləcə də kriminogen durum barədə ətraflı məlumat verib. Demokratikləşmə və islahatlar prosesinin Daxili İşlər Nazirliyindən də yan keçmədiyindən söz açan Eyvazov ölkəmizin Avropaya inteqrasiya etdiyini, polisin fəaliyyətini tənzimləyən, demokratik prinsiplərə söykənən yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən almaniyalı ekspertlərin də böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

"Bir çox Avropa dovlətlərinin analoji qurumları ilə səmərəli əməkdaşlıq edirik, həmçinin, Almaniyanın Federal Daxili İşlər Nazirliyi ilə də belə əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq", - o deyib.

Yorq Sirke səmimi qəbula və ətraflı məlumatla görə minnətdarlığını bildirib, Azərbaycan Daxili İşlər Nazirliyi ilə Almaniya Federal Kriminal Polis İdarəsi arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti