...

Gürcüstan DİN Nino Burcanadzenin partiyasının iki nəfəri öldürən üzvlərini saxlayıb

Siyasət Materials 26 May 2011 14:59 (UTC +04:00)
Gürcüstan DİN dünən Gürcütan Parlamenti qarşısında "Xalq məclisi"nin aksiyanın dağıdılması zamanı iki nəfərin öldürülməsində təqsirləndirilən şəxsləri saxlayıb.
Gürcüstan DİN Nino Burcanadzenin partiyasının iki nəfəri öldürən üzvlərini saxlayıb

Gürcüstan, Tbilisi, 26 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan DİN dünən Gürcütan Parlamenti qarşısında "Xalq məclisi"nin aksiyanın dağıdılması zamanı iki nəfərin öldürülməsində təqsirləndirilən şəxsləri saxlayıb.

"Xalq məclisi"nin lideri Nino Burcanadzenin köməkçisi İvan Çiqvinadze və onun Demokratik Hərəkat Partiyasının üzvü Zaxari Zuraşvili saxlanılıb", - Trend-in məlumatına görə, Gürcüstan DİN-in rəsmi bəyanatında deyilir.

Məhz bu şəxslər Nino Burcanadzenin kortejində avtomaşınları idarə edib. Onlar nümayişin dağıdılmasına bir neçə dəqiqə qalmış yüksək sürətlə Rustaveli prospektini tərk ediblər.

Polisin məlumatına görə, Çiqvinadze və Zuraşvilinin idarə etdiyi iki cip polis və aksiya iştirakçılarının izdihamına girib. Toqquşma nəticəsində polis Vladimir Masuraşvili və aksiya iştirakçısı Nodar Tsxadadze həlak olublar.

Dünən gecə müxalifətin hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşması zamanı iki nəfər həlak olub. Səhərə olan vəziyyətə görə, Tbilisinin xəstəxanalarında nümayişin dağılması zamanı xəsarət alan 37 nəfər, o cümlədən 8 polis, 28 mülki vətəndaş və İTV kanalının bir jurnalisti var.

Xəbər lenti

Xəbər lenti