...

Freedom House: ABŞ-ın fundamental hüquqlara və qanunun aliliyinə sadiqliyini göstərməsi vacibdir

Siyasət Materials 21 Avqust 2014 10:45 (UTC +04:00)
"Dünyanın diqqətinin Ferqusona yönəldiyi bir vaxtda ABŞ-ın fundamental hüquqlara və qanunun aliliyinə davamlı sadiqliyini göstərməsi vacibdir".
Freedom House: ABŞ-ın fundamental hüquqlara və qanunun aliliyinə sadiqliyini göstərməsi vacibdir

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Səbinə Əhmədova/

"Dünyanın diqqətinin Ferqusona yönəldiyi bir vaxtda ABŞ-ın fundamental hüquqlara və qanunun aliliyinə davamlı sadiqliyini göstərməsi vacibdir". Trend-in "Freedom House" təşkilatının saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın prezidenti Devid Kremerin ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində baş verən hadisələrə dair bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Maykl Braunun ölümü ilə bağlı istintaq davam etdiyi bir vaxtda bu məsələdə bütün tərəflər - ABŞ və digər demokratik ölkələr fundamental sayılan prinsiplərə sadiq qalmalıdırlar. Bu prinsiplərə dinc nümayişçilərin sərbəst toplaşmaq və fikirlərini ifadə etmək, zorakılıqdan yayınmaq, jurnalistlərin hədə-qorxu və təqib olmadan hadisələri işıqlandırmaq imkanının olması daxildir".

Qeyd edək ki, avqustun 9-da ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində 18 yaşlı Maykl Braun adlı afro-amerikan gəncin polis tərəfindən güllələnərək öldürülməsinə etiraz edən sakinlər və polislər arasında iğtişaşlar baş verib. Polis iğtişaşlarla bağlı etirazçılardan bir çoxunu həbs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti