...

Avropa Şurasının insan haqları üzrə komissarı Azərbaycana gəlir

Siyasət Materials 21 Oktyabr 2014 17:02 (UTC +04:00)
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks Azərbaycana səfərə gəlir.
Avropa Şurasının insan haqları üzrə komissarı Azərbaycana gəlir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks Azərbaycana səfərə gəlir. Bu barədə Trend Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, komissarın səfəri oktyabrın 22-24-nə nəzərdə tutulub.

Qeyd edək ki, Nils Muiznieks Azərbaycanda İnsan Haqqları və Fundamental azadlıqlara dair Avropa Konvensiyasının tətbiqi mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Oktyabrın 23-24-də keçiriləcək beynəlxalq konfransda Venesiya Komissiyasının vitse-prezidenti Herdis Torqeyrsdottir də iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti