...

Azərbaycanda radarı göstərən servis nişanlarının quraşdırılmasına başlanılıb

Cəmiyyət Materials 14 May 2012 13:31 (UTC +04:00)
Azərbaycanın magistral yollarında radarı göstərən servis nişanlarının quraşdırılmasına başlanılıb.
Azərbaycanda radarı göstərən servis nişanlarının quraşdırılmasına başlanılıb

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın magistral yollarında radarı göstərən servis nişanlarının quraşdırılmasına başlanılıb. Bu barədə bazar ertəsi Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

Əliyev bildirib ki, artıq magistral yollarda radar qoyulan ərazidən 150-1000 metr, yaşayış məntəqələrində isə 50-200 metr öncədən servis nişanı qoyulur.

Şöbə rəisi bildirib ki, radarı göstərən servis nişanı əvəzinə sürət həddini göstərən nişan qoyulduqda da həmin ərazidə göstərilən məsafədə radar qoyula bilər.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliyə görə, radar qoyulan yerlərdə ya servis nişanı, ya da sürəti məhdudlaşdıran nişan qoyulmalıdır.

Xəbər lenti

Xəbər lenti