...

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb

Dünya xəbərləri Materials 13 May 2024 01:26 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ln Alabama ştatının Stokton şəhəri yaxınlığında atışma nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Fox News" televiziya kanalı yerli hakimiyyətə istinadən xəbər verib.

Məlumata əsasən, atışma təxminən 1 min insanın qatıldığı bir şənlikdə başlayan davadan sonra baş verib. Cinayətkarların şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd olunub ki, xəsarət alamlar Bey-Minett xəstəxanasına aparılıb.

Xəbər lenti

Xəbər lenti