...

Azərbaycan regionda hansısa məsələnin öz iradəsindən kənar həll etməyə imkan verməyəcək - RƏY

Siyasət Materials 13 May 2024 14:18 (UTC +04:00)
Azərbaycan regionda hansısa məsələnin öz iradəsindən kənar həll etməyə imkan verməyəcək - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün regionda proseslər Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun baş verir. Azərbaycan öz qətiyyətli mövqeyindən geri çəkilmir və çəkilməyəcək. Kənar qüvvələr regionda proseslərə müdaxilə etməyə, öz maraqlarını təmin etməyə cəhd etsələr də, Azərbaycanın prinsipal mövqeyi nəticəsində bütün bu cəhtlər iflasa uğradı.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan regioda hansısa məsələnin öz iradəsindən kənar həll etməyə imkan verməyəcək.

“Cənab Prezident İlham Əliyev mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışında iştirakı və şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı çıxışında Azərbaycanın qətiyyətli mövqeyini bir daha bəyan etdi və regiona müdaxilə etmək istəyən qüvvələrə ciddi mesaj verdi.

Dövlət başçısı bildirdi ki, “Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil”.

Həm regiona müdaxilə etmək istəyən ölkələr, həm də Ermənistanda baş qaldıran revanşist qüvvələr cənab Prezidentin mesajından ciddi nəticə çıxarmalı və öz çirkin niyyətləindən əl çəkmləidir. Azərbaycan necəkibugünə qədər regiona kənar qüvvələrin müdaxiləsinə imkan verməyib, bundan sonra da verməyəcək. Çünki Azərbaycan haqlı tərəfdir, ölkəmizin mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır”, - deyə deputat əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan regioda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır.

“Azərbaycan heç zaman müharibə istəməyib, münaqişənin həll olunması üçün uzun müddət danışıqlarda iştirak edib. Lakin əfsuslar olsun ki, Minsk qrupu 28 il ərzində yalançı vədlər verərək məqsədli şəkildə münaqişənin həllini ləngidirdi, torpaqlarımızın illər ərzində erməni işğalı altında qalmasına şərait yaradırdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi, torpaqlarını işğaldan azad etdi. Bu gün həmin ərazilərdə sürətli bərpa və quruculuq işləri həyata keçirilir, ərazilərimiz yenidən dirçəlir, insanlarımız öz doğma torpaqlarına geri dönür.

Azərbaycan qüdrətli ölkədir və qarşısına qoyuduğu bütün hədəflərə uğurla nail olur. Artıq bundan sonra heç kim Azərbaycanı öz yolundan döndərə bilməz. Cənab Prezident Azərbaycanın mövqeyini çox aydın şəkildə səsləndirdi. “Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”.

Ermənistanda revanşist qüvvələr və regiona müdaxilə etmək istəyən ölkələr Dövlət başçısnın bu mesajından ciddi nəticə çıxarmalıdır”, - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti