...

Qazaxıstanda daşqınlardan sonra 54,7 min nəfər evlərinə qayıdıb

Dünya xəbərləri Materials 13 May 2024 13:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanda daşqınlardan sonra evlərini tərk edən 54 min 755 nəfər geri qayıdıb.

Trend xəbər verir ki, Kazinform agentliyi bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda təxliyə mərkəzlərində 5 min 291 nəfər qalmaqdadır. İndiyədək 11 min 205 yaşayış binasından və 3 min 516 həyətyanı sahədən su çəkilib.

Hazırda ölkənin qərbində vəziyyət gərgin olaraq qalır. Bir neçə gündən sonra Atırau vilayətində daşqının pik həddə çatacağı gözlənilir. Jayık çayının İnderbor qəsəbəsindən keçən hissəsində suyun səviyyəsi təhlükəli həddə yüksəlib.

Xəbər lenti

Xəbər lenti