...

Yasamalda qəza oldu - Tıxac yarandı

Cəmiyyət Materials 13 May 2024 09:47 (UTC +04:00)
Yasamalda qəza oldu - Tıxac yarandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisi əməkdaşlarına məlumat verilib. Yaranan sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti