...

Premyer Liqada komanda sayı artırılmayacaq - AFFA-nın prezidenti

İdman Materials 13 May 2024 20:06 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında növbəti mövsümdə komanda sayı artırılmayacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf açıqlayıb.

O, qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, buna əsas səbəb zəruri infrastrukturun, resursların, hakimlərin, stadionların olmamasıdır: "Premyer Liqanın keyfiyyətinin artırılması əsas hədəflərdən biridir. Amma növbəti mövsümlərdə, bir neçə ildən sonra klubların sayının artırılmasına yenidən baxıb qərar verəcəyik. Neçə komanda artırılacağı strategiyamızdan asılı olacaq".

Qeyd edək ki, Premyer Liqada 10 komanda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti