...

İran və Hindistan Çabaharda limanının idarə edilməsinə dair saziş imzalayıb

Dünya xəbərləri Materials 13 May 2024 17:54 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İran və Hindistan Çabahar limanında Şəhid Beheşti terminalının müasirləşdirilməsi və istismarına dair uzunmüddətli saziş imzalayıb.

Trend xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş məlumat yayıb.

"Bu saziş iki ölkə arasında ticarətin inkişafı üçün yeni başlanğıc olacaq. Çabahar limanı sayəsində Hindistan Əfqanıstan, Mərkəzi Asiya, Ermənistan, Türkiyə, Azərbaycan, Gürcüstan, Suriya və Rusiyaya çıxış imkanı əldə edəcək ki, bu da layihənin ən mühüm üstünlüklərindən biridir", - o deyib.

Qeyd edək ki, Çabahar limanı İranın cənub-şərqində yerləşir.

Hindistan bundan əvvəl İranın bu limanının inkişafına təqribən 500 milyon ABŞ dolları dəyərində investisiya qoymaq və orada ayrıca terminal yaratmaq niyyətində olduğunu açıqlayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti