Bakı. Trend:
"İdman Bizdə”nin növbəti buraxılışı yayımlanıb. Verilişin budəfəki qonağı tanınmış idmançı, yunan-Roma güləşi üzrə ikiqat dünya, üçqat Avropa çempionu və Olimpiya mükafatçısı Rafiq Hüseynov olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, qonağımız Paris-2024-ə lisenziya qazandığı Dünya Olimpiya Təsnifat Turnirindən danışıb. O, həmçinin bu yolda yaşadığı ən maraqlı anlardan, gələcək planlarından söz açıb.
Müsahibənin videovariantını təqdim edirik: