...

BMT-nin əməkdaşları "Rəfah" yaxınlığında yaralandı

Dünya xəbərləri Materials 13 May 2024 19:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin azı iki əməkdaşı Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığındakı hərbi əməliyyatlarda yaralanıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.

İsrailin “Kan” radiostansiyasından qeyd edilib ki, təhlükəsizlik xidmətləri hadisənin baş vermə şəraitini araşdırır.

Qeyd edək ki, mayın 7-də İsrail ordusu Qəzza zolağında Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib. İsrail HƏMAS-ın 150-dən çox obyektini məhv etməklə Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib.

Xatırladaq ki, İsrail hökuməti yekdilliklə Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatın davam etdirilməsi barədə qərar qəbul edib.

"İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovlarımızın azad edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq üçün Rəfah əməliyyatını davam etdirəcək", - Benyamin Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti