...

Qarabağ Universiteti nə vaxt hazır olacaq? - Nazir AÇIQLADI

Cəmiyyət Materials 13 May 2024 10:50 (UTC +04:00)
Qarabağ Universiteti nə vaxt hazır olacaq? - Nazir AÇIQLADI
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ Universitetində iyun ayının axrına qədər infrastrukturla bağlı əsas işlər bitəcək.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

“1200 tələbənin universitetdə təhsil alması gözlənilir. Bütün tələbələr üçün təhsil ödənişsiz olacaq. Eyni zamanda, onlar yataqxana ilə təmin olunacaq. Hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüd verilməsi üzərində işləyirik”, - deyə o bildirib

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. Yeni yaradılmış Qarabağ Universitetində dərslərin 2024-cü ilin 15 sentyabr tarixindən başlanması nəzərdə tutulur. Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub. 15 fevral 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.

Xatırladaq ki, Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olub. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. İşğal dövründə isə fəaliyyəti dayandırmışdı.

Xəbər lenti

Xəbər lenti