...

Litvada prezident seçkiləri ikinci tura qalacaq

Dünya xəbərləri Materials 13 May 2024 03:38 (UTC +04:00)

Bakı. Trend:

Mayın 12-də Litvada keçirilən prezident seçkilərində ikinci müddətə yenidən seçilmək istəyən Litva prezidenti Qitanas Nausedanın birinci turda qalib gəlmək şansları bir qədər azalıb.

Trend-in məlumatına görə, bu barədə səslərin hesablanması zamanı Mərkəzi Seçki Komissiyasının internet saytında real vaxt rejimində yerləşdirilən məlumatlarda qeyd olunub.

Saat 23:00-a olan məlumata əsasən, 1895 seçki məntəqəsindən 1245-nin səsləri hesablandıqdan sonra Q.Nauseda 47,63 faiz səs toplayıb. Təxminən bir saat əvvəl bu rəqəm 48,76 faiz təşkil edib.

Əgər birinci turda qalib müəyyən edilməzsə (bunun üçün 50 faizdən çox səs toplamaq lazımdır), iki həftə sonra birinci turun iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti