...

Yüksək vəzifə verilən general-mayor Müşfiq Məmmədov kimdir? - DOSYE

Siyasət Materials 13 May 2024 12:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.

Trend xəbər verir ki, Müşfiq Məmmədov Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.

O, həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib.

M.Məmmədov 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif olunub.

2023-cü ilin noyabrında isə Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor rütbəsi alıb.

Xatırladaq ki, Şəxsi Heyət Baş İdarəsinin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəisi təyin olunduqdan sonra bu vəzifəni general-mayor Elçin Xəlilov icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti