...

Ramil Şeydayevin komandası yenidən Ertuğrul Sağlama tapşırılıb

İdman Materials 13 May 2024 04:47 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanlı futbolçu Ramil Şeydayevin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Kocaelispor”a Ertuğrul Sağlam başçılıq edəcək.

Təcrübəli mütəxəssislə 1,5+1 illik müqavilə imzalanıb. “Kocaelispor” mövsümə Sağlamla start versə də, bu ilin fevralında onun yolları ayırmışdı.

Qeyd edək ki, Şeydayevin komandası pley-offda “Çorum”la üz-üzə gələcək. Tərəflər arasında ilk oyun mayın 19-da, cavab görüşü isə 4 gün sonra keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti