...

Daşaltıda birinci seysmoloji stansiya bir aya açılacaq - AMEA prezidenti

Cəmiyyət Materials 13 May 2024 10:24 (UTC +04:00)
Daşaltıda birinci seysmoloji stansiya bir aya açılacaq - AMEA  prezidenti
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Erməni işğalından azad edilmiş ərazilərimizdə 20-dən çox seysmoloji stansiya dağıdılıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Bakıda “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, artıq seysmoloji stansiyaların qurulması istiqamətində işlər aparılır.

"Şuşanın Daşaltı kəndi ərazisində birinci seysmoloji stansiyada işlər başa çatmaq üzrədir. Bir aya qədər işləri tamamlayıb Qarabağda ilk seysmoloji stansiyanın açılışını edəcəyik", - deyə o qeyd edib.

Qeyd edək ki, konfrans zamanı Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda müzakirələr aparılacaq. Konfrans üç gün davam edəcək

Xəbər lenti

Xəbər lenti