...

Putinin müdafiə naziri təyin etmək istədiyi Belousov kimdir?

Dünya xəbərləri Materials 13 May 2024 00:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Rusiya lideri Vladimir Putin 65 yaşlı Andrey Belousovu müdafiə naziri vəzifəsinə təklif edib.

Trend xəbər verir ki, Belousov əvvəlki hökumətdə Baş nazirin birinci müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, Belousov Rusiya Elmlər Akademiyasında (1991-ci ilə qədər - SSRİ Elmlər Akademiyası) işləmişdir. 1981-2006-cı illərdə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru, Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Rusiya Federasiyası Hökumətinin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru olub.

2020-ci il aprelin 30-dan mayın 19-dək Mişustinin koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilməsi zamanı Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti