...

Azərbaycana Latviyanın kənd təsərrüfatı sahəsindəki təcrübəsi maraqlıdır - Sahib Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2024 11:57 (UTC +04:00)
Azərbaycana Latviyanın kənd təsərrüfatı sahəsindəki təcrübəsi maraqlıdır - Sahib Məmmədov
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana Latviyanın kənd təsərrüfatı və işğaldan azad edilmiş ərazilərdə inkişaf etdirilə biləcək digər iqtisadiyyat sahələrindəki təcrübəsi maraqlıdır.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Latviya biznes forumunda deyib.

"Latviyada ərazinin 30 faizi kənd təsərrüfatının inkişafı üçün ayrılıb. Bizə bu cür təcrübə maraqlıdır, çünki Azərbaycanın işğaldan azad edilmiş ərazilərini aqrar tsiklə inteqrasiya etmək istəyirik", - nazir müavini deyib.

Onun sözlərinə görə, Azərbaycanda bir çoxu aqrar sahədə olmaqla, 48 Latviya şirkəti aktiv fəaliyyət göstərir.

Latviya Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Rayvis Kronberq biznes forumda deyib ki, Latviya artıq Azərbaycana süd və balıq məhsulları tədarük edir, lakin əməkdaşlığı daha da inkişaf etdirmək istəyir.

"Biz əməkdaşlıq haqqında memorandum imzalamaq istəyirik, bu qarşılıqlı fəaliyyət üçün bazanı genişləndirməyə imkan verəcək", - Kronberq deyib.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu il keçiriləcək "Riga Food-2024" sərgisində iştirak etmək niyyətini açıqlayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti