...

Rusiyada 6 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 13 May 2024 06:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Baykal gölünün sularında 6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin "Telegram" kanalında bildirilib.

Məlumata əsasən, zəlzələnin episentri Olxonsk rayonunun Qremyaçinsk kəndindən 50 kilometr məsafədə olub.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsinin "Telegram" kanalında bildirilib ki, Ulan-Udedə yeraltı təkanların intensivliyi 3-4 bal (zəifdən orta səviyyəyə qədər), İrkutskda 3 bal təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti