...

Prezident İlham Əliyev bir sıra sənədlərdə dəyişiklik etdi

Siyasət Materials 13 May 2024 13:14 (UTC +04:00)
Prezident İlham Əliyev bir sıra sənədlərdə dəyişiklik etdi

Bakı. Trend:

Prezident İlham Əliyev “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I) 15-ci maddəsinin birinci hissəsinin on yeddinci abzasına “aylıq əlavə,” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər,” sözləri əlavə edilib.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanunu) 102.1.1-ci maddəsinə “aylıq əlavə,” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər,” sözləri əlavə edilib.

Xəbər lenti

Xəbər lenti