...

Yanvar-aprel aylarında Türkiyənin Azərbaycana avtomobil sənayesi məhsulları ixracı azalıb

Dünya xəbərləri Materials 13 May 2024 11:32 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Azərbaycana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq, 28,4 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Azərbaycana 6,4 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 11,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 11,9 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 2,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti