...

Ağcabədidə 40 yaşlı kişi öldürüldü

Hadisə Materials 13 May 2024 11:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədidə 40 yaşlı kişi öldürülüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, may ayının 11-də saat 23 radələrində Ağcabədi rayonunda 1984-cü il təvəllüdlü Həsənov Rauf Azər oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Tural Əhmədov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti